Modern.az

"Yeni Müsavat”-dan Vahid Naxışa CAVAB: “Niyə narahatsınız...”

"Yeni Müsavat”-dan Vahid Naxışa CAVAB: “Niyə narahatsınız...”

Təhsil

1 May 2014, 09:55

Yeni Müsavat qəzetinin dünənki sayında ANS-lə bağlı yazı dərc olunub. Yazıda qeyd olunur ki, ANS-in Gənclər və İdman naziri Azad Rəhimovla davası saat biznesi ilə bağlıdır. Öz növbəsində ANS rəhbəri Vahid Naxış bu yazını cızmaqara adlandırıb. Yeni Müsavat qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan öz facebook səhifəsində ANS prezidentinin bu açıqlamasına cavab verib. O yazıb ki, Vahid Naxış onların yazdıqlarını cızma-qara adlandırıb: “Yazdıqlarımızın cızma-qara olduğunu ANS rəhbərliyinin narahatlığından duymaq olur. Bir sutkadı ki, bu TV-nin rəhbərliyi təkzib və izahatla məşğuldu. Vahid Naxış olaydı, hansısa sayta müsahibə verəydi. Ədabazın biridi. Adamdan soruşarlar, cızma-qaradısa niyə dayanmadan izahat və təkzib verirsiz? Niyə narahatsınız?”.

 

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı