Almaniya kansleri Angela Merkel Ukrayna ilə bağlı situasiyanı Barak Obama ilə müzakirə etmək üçün bu gün ABŞ-a gedəcək. Modern.az xarici KİV-ə istinadən bildirir ki, siyasətçinin görüşünün nəticəsi ilə bağlı böyük mətbuat konfransı keçiriləcək. Bundan başqa, Merkel amerikalı konqresmenlər, ABŞ-ın biznes və siyasi elitasının nümayəndələri, Beynəlxalq Valyuta Fondunun direktoru Kristin Laqardla görüşəcək.
Məlumatda qeyd edilir ki, Merkellə oBma arasında keçiriləcək 4 saatlıq görüşdə əsas müzakirə mövzusu Ukraynadakı situasiya olacaq.
Modern.az