Modern.az

“Gömrüyün ASAN-a verilməsi korrupsiya qarşı mühüm addım olacaq”- MÖVQE

“Gömrüyün ASAN-a verilməsi korrupsiya qarşı mühüm addım olacaq”- MÖVQE

Təhsil

1 May 2014, 11:53


“Gömrüyün bir çox funksiyalarının “ASAN ” xidmətə verilməsi yaxşı olardı. Bu əslində vacibdir. Praktik olaraq “ASAN” xidmət Azərbaycanda korrupsiyaya qarşı mübarizə aspektindən ən uğurlu mübarizə modelidir.” Bunu Modern.az-a açıqlamasında iqtisadçı Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, “ASAN xidməti regionda korrupsiyaya qarşı mübarizədə elektron xidmətdən istifadə ilə  bağlı ən yaxşı model kimi  qiymətləndirilir.  Ekspertin sözlərinə görə, məsələ real olacağı təqdirdə həmin xidmətlərdə şəffaflığın artırılması, süründürməçilik və bürokratiyanın, korrupsiyanın aradan qaldırılmasında mühüm addım olacaq.  

“Çox güman ki, Gömrük Komitəsinin bəzi xidmətləri “ASAN”-a veriləcək. Çünki, nəzərə alsaq ki, ölkə prezidentinin bu ilin mart ayında sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı xüsusi bir sərəncamı oldu. Həmin sərəncama uyğun olaraq Azərbaycan məhsulunun idxal edilməsi, Azərbaycana məhsulun gətirilməsi ilə bağlı gömrük proseduraların sayının azaldılması, tələb edilən günlərin sayının azaldılması ilə bağlı təkliflərin hazırlanması Nazirlər Kabinetinə tapşırılıb. Dünya Bankının bizneslə məşğul olmaq hesabatındakı indiqatoruna uyğun olaraq həyata keçirildiyi üçün düşünürəm ki, yaxın zamanda gömrüyün bəzi xidmətlərin “ASAN” xidmətə verilməsi mümkün olacaq. Bu addımı bir mənalı şəkildə müsbət hal kimi qiymətləndirirəm.”

İqtisadçı hesab edir ki, elektron bəyannamələrin, gömrük proseduraları ilə bağlı müxtəlif sadələşdirilmələr kimi məsələlərin verilməsi mümkündür və lazımdır. “Məsələn avtomobillərin ölkəyə gətirilməsi zamanı rəsmiləşdirmələrin “ASAN” xidmətin nəzarətinə verilməsi mümkünüdür. İndiki potensialı ilə, asanlıqla avtomobillərin ölkəyə gətirilməsini asanlaşdıra bilər. Çnüki, praktik olaraq meyarlar bəllidir. Ölkəyə gətirilən avtomobillərin dəyərinə, mühərrikin gücünə və intensivliyinə görə rüsumun hesblabnması mümkün ola bilər”.   Bununla yanaşı ekspert hesab edir ki, gömrüyün bütün xidmətlərinin “ASAN” xidmətə verilməsi real deyil. “Nəzərə alsaq ki, gömrüyün bütün xidmətlərinin “ASAN” xidmətin nəzarətinə keçirilməsi mexanizmi və modelləri digər ölkələrdə yoxdur.

 

  Gülşən Raufqızı  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı