Bu gün müstəqil Rusiyanın tarixində ilk dəfə olaraq Moskvanın Qızıl meydanında 1 may nümayişi keçirilir. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, həmkarlar ittifaqlarının təşkil etdiyi parada 80 mindən çox insan qatılıb. “Layiqli əmək- ədalətli maaş” şüarı ilə keçirilən paradda solçu partiyalarla yanaşı, iqtidardakı “Vahid Rusiya” Partiyasından da nümayəndələr qatılacaqlar. Rusiya Həməkarlar İttifaqları Federasiyasının sədr müavini Aleksandr Mazunovun fikrincə, parad klassik sovet dövründə olduğu kimi keçiriləcək. Xüsusi olaraq quraşdırılmış tribunalardan həmkarlar ittifaqları rəhbərləri və fəxri qonaqlar parad iştirakçılarını salamlayacaq. Əsas şüarların “Hakimiyyət kapitala yox, əməyə verilsin!”, “Zavod işçilərə, torpaq kəndlilərə!” olacağı gözlənilir. Rusiya Kommunist Partiyası ABŞ və Qərb ölkələrinin informasiya və iqtisadi yöndə Rusiyaya qarşı siyasətini pisləyən şüarlar da səsləndirmək niyyətindədir. “Ədalətli Rusiya və “Rodina” partiyaları isə Krımın ilhaqını dəstəkləyən və Ukrayna hakimiyyətini pisləyən şüarlkar səsləndirməyi planlaşdırır.
Vüqar İsmayılov