Modern.az

Təhsil Nazirliyi: “Özəl universitetlərdə artıq qiyabi təhsil ləğv edilib”

Təhsil Nazirliyi: “Özəl universitetlərdə artıq qiyabi təhsil ləğv edilib”

Təhsil

1 May 2014, 12:29

“Özəl ali məktəblərdə qiyabi təhsil forması üzrə qəbul ləğv edilib”. Modern.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin informasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov deyib. O bildirib ki, dövlət ali məktəblərdə isə qiyabi təhsil formal üzrə qəbul 2 dəfədən çox azaldılıb və həmin yerlər əyani qəbul forması üçün ayrılıb. “Builki tədris ilində əyani təhsil forması üzrə qəbul planı 12,9% artırılıb. Növbəti tədris ilində daha bir yenilik bu olacaq ki, Azərbaycan Müəllimlər İnstitutunda pedaqoji ixtisaslara bu il qəbul planı verilməyəcək. Pedaqoji ixtisaslar üzrə qəbul planı yalnız Qafqaz Universiteti, Xəzər Universiteti və Bakı Qızlar Universitetinə verilib. Bunun səbəbi isə adı çəkilən universitetlərdə kadr hazırlığının qənaətbəxş olmasıdır. Kənd təsərrüfatı ixtisasları üzrə yalnız dövlət sifarişi əsasında qəbul planı ayrılacaq”.

C. Valehovun sözlərinə görə, magistratura pilləsinə də builki qəbulda dəyişikliklər olacaq. “Artıq bu il magistr pilləsinə qiyabi təhsil forması üçün plan yeri ayrılmayıb. Cəsarət Valehov qeyd edib ki, bundan başqa Bakalavr buraxılışı olmayan ixtisasların magistr üzrə plan yerləri ayrılmayıb. Məsələ orasındadır ki, bank işi üzrə bakalavr ixtisası yoxdur. Onun magistratura səviyyəsinə də plan yeri ayrılmayıb”. “Orta ixtisas təhsil müəssisələrində real tələbata əsaslanandan artırılmış qəbul yeri azaldıb. Onun sayı 15 667dən 11 267-ə enib. Daha sonra orta ixtisas peşə təhsili məktəblərindən ibtidai sinif və informatika müəllimliyi ixtisasları qəbul planından çıxarılıb. Belə ki, ali məktəblərin pedaqoji təhsil ixtisasları üçün daha geniş imkanları var. Orta ixtisas peşə məktəblərində, yəni kolleclərdə qiyabi təhsil forması üçün plan yeri 4.1 dəfə azaldılıb. Texniki istiqamətli kolleclərdə müəllimlik ixtisasları üzrə qəbul planı çıxarılıb”.  

 

Rafiq Qənbərov

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı