Modern.az

Novruz Məmmədovdan Uorliki lağa qoydu

Novruz Məmmədovdan Uorliki lağa qoydu

Təhsil

1 May 2014, 12:38

 

Prezident Administrasiyası rəhbərinin müavini, qurumun xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorliki ittiham edib. Modern.az xəbər verir ki, N. Məmmədov C. Uorlikin Dağlıq Qarabağ münqaişəsinin həlli ilə bağlı açıqlamalarına ironik münasibət bildirib. PA rəsmisi bu haqda özünün twitter səhifəsində belə yazıb: “Hərdən elə təəssürat yaranır ki, cənab Uorlik Dağlıq Qarabağ münaqişəsini Twitter-də həll etmək istəyir”,-deyə N. Məmmədov bildirib.  

Qeyd edək ki, N. Məmmədov bundan əvvəl də C. Uorliki tənqid edib və onu Ermənistan tərəfi ilə razılaşdırılmış açıqlamalar verməkdə təqsirləndirib.  

 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı