Modern.az

Dövlət Komitəsi: Satılan ətin at və ya eşşəyə aid olması müəyyənləşəcək

Dövlət Komitəsi: Satılan ətin at və ya eşşəyə aid olması müəyyənləşəcək

Təhsil

1 May 2014, 12:56
 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzində (AzTEST) müxtəlif növ heyvanların ətinin DNT ekstraksiyası üsulu ilə təyini sınaqlarına başlanılıb. Komitənin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ilk olaraq at, uzunqulaq, donuz və toyuq ətinin təyini üzrə reagentlər alınaraq istifadəyə verilib. Sınaqlar həm çiy, həm də bişmiş və ya emal olunmuş ətin üzərində aparılacaq.

Artıq AzTEST-in Yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyasında at ətindən DNT ayrılaraq “Real-time PCR” cihazında sınaq aparılıb və müsbət nəticə alınıb. Sınaqları aparmaq üçün laboratoriyada əsasən Almaniyanın “QiaGen” şirkətinin istehsalı olan Ekstraktor (QiaCube) və “Real-Time PCR” cihazlarından, həmçinin Almaniyanın test reagentlərindən istifadə olunacaq.

Məlumat üçün bildirək ki, SMPDK-nın Təcrübə-Sınaq Mərkəzində aparılan bu sınaqlar Azərbaycanda ilk dəfə olaraq həyata keçirilir. Bu sınaqlar satılan və istifadə olunan ətin hansı heyvan növünə aid olduğunu ayırd etməklə bu sahədə istehlakçı hüquqlarının qorunmasına kömək edəcək.

 

Gültəkin

   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı