Kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 40 manat yardım verilməsi nəzərdə tutulub. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin Modern.az-a verdiyi məlumata görə, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyası buğda və çəltik əkininə görə 58 rayon (şəhər) komissiyası üzrə daxil olmuş sənədlərə baxaraq 149849 istehsalçıya çatacaq 20153483 manat məbləğində yardım ayrılması barədə qərar qəbul olunub.
Nazirlikdən onu da bildiriblər ki, fermerlər şəffaflığın tam təmin edilməsi məqsədilə onlar hər bir rayon və kəndlər üzrə istehsalçıların siyahısı, əkin sahələri və ayrılıqda hər birinə veriləcək yardımın məbləği haqqında məlumatı kənd təsərrüfatı nazirliyinin saytının (www.agro.gov.az) Subsidiyalar bölməsindən əldə edə bilərlər.
Modern.az