Azərbaycan Dövlət Neft Şirkəti Bakı ətrafı rayonlarda neftlə çirklənmiş ərazilərin rayon icra hakimiyyətlərinə verilmə prosesi yaxın vaxtlarda başlanılacaq. Modern.az-a daxil olan məlumata görə, həmin ərazilər ekoloji cəhətdən təmizlənərək yararlı vəziyyətə gətirəcək.
Qeyd edək ki, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev ötən il Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) balansında olan torpaq ərazilərində qanunsuz tikililərlə bağlı apardığı araşdırmaların nəticəsi olaraq neft hasilatı üçün yararlı olmayan torpaq sahələrini Bakı şəhər İcra Hakimiyyətinə qaytaracaği ilə bağlı açıqlama vermişdi. O, hazırda bununla bağlı aparılan araşdırmaların yekunlaşmaq üzrə olduğunu və yaxın vaxtlarda araşdırmaların nəticəsi kimi hökumətə təqdim ediləcəyini demişdi.ARDNŞ prezidenti onu da vurğulamışdı ki, paytaxtın bəzi ərazilərindəki torpaq sahələrinin gələcək istifadəsi ilə bağlı qərarlar artıq bu il veriləcək.
Gültəkin ƏLƏSGƏR