Modern.az

Elçin Behbudov: “Leyla Yunusun hüquq müdafiəçisinə ehtiyacı yoxdur”

  Elçin Behbudov: “Leyla Yunusun hüquq müdafiəçisinə ehtiyacı yoxdur”

Təhsil

1 May 2014, 14:00


“Leyla Yunusun hüquq müdafiəçisinə ehtiyacı yoxdur. Amma o çox böyük bir səhv etdi”. Bunu Modern.az-a İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov deyib. O bildirib ki, ona qarşı edilən təzyiqlərlə bağlı müvafiq orqanlara müraciətə ehtiyac yoxdur. “Leyla Yunus özü də hüquq müdafiəçisidir. O, öz hüquqlarını bizdən də yaxşı qorruya bilər. Amma yeri gələrsə bizdə ona qarşı edilən təzyiqlərlə bağlı müvafiq orqanlara müraciət edəcəyik”.

E. Behbudovun sözlərinə görə, L. Yunusun hüquq müdafiəçisi kimi polis işçisinin papağını tullaması etikaya uyğun deyildi. “Ümumiyyətlə hüquq müdafiəçisi səbirli, təmkinli olmalıdır. Amma o, polis işçisinin papağını başından çıxarıb tullayır. Gərək o belə səhvə yol verməyəydi”. Bundan başqa hazırda həbsdə olan sabiq millət vəkili Gülər Əhmədova ilə görüş üçün Ədliyyə Nazirliyinə müraciət edən Elçin Behbudov hələ ki, nazirlikdən heç bir cavab almadığını deyir. “Ədliyyə Nazirliyini tənqid etdiyimə görə nazirliyin saxlanma yerlərində monitorinq apara bilmirəm. Bundan  başqa onlara məxsus təcridxanalarda cəza çəkənlərlə də görüşə bilmirəm. Bu səbəbdən də Gülər Əhmədova ilə də görüşmək imkanım olmayıb. Amma nazirliyə müraciət etmişəm. Cavab gözləyirəm”.

“NİDA”çı gənclərlə görüşmək üçün prezidentə müraciət edən Komitə sədri ölkə baçısından da cavab gözləyir. “Gənclərin valideynləri aclıq aksiyası keçirirdilər.  Onlar mənə müraciət etdilər. Mən də öz növbəmdə ölkə başçısına müraciət etdim. Amma hələ ki, heç bir cavab gəlməyib”.

 

  Gültəkin ƏLƏSGƏR       

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı