“Yeni Müsavat” qəzetinin siyasi şərhçisi Azər Rəşidoğlu “Ayna-Zerkalo”nun həbs edilən əməkdaşı Rauf Mirqədirovla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə çağırılıb. Modern.az xəbər verir ki, A. Rəşidoğlu bu barədə özünün facebook səhifəsində məlumat verib. Onun sözlərinə görə vəkil ilə müqavilə imzalayıb. “Raufun həbsini yenə də absurd hesab edirəm və bu fikrimdə qalıram”,-deyə jurnalist bildirib.
Qeyd edək ki, R. Mirqədirovun dövlətə xəyanətdə şübhəli bilinərək həbs edilməsi birmənalı qarşılanmayıb. Bir çoxları R. Mirqədirovun vətəninə xəyanət etməsi ilə bağlı deyilənlərlə razılaşmır.
Modern.az