Modern.az

“Çağ Öyrətim” Vergilər Nazirliyini məhkəməyə verməsi iddialarına aydınlıq gətirdi

“Çağ Öyrətim” Vergilər Nazirliyini məhkəməyə verməsi iddialarına aydınlıq gətirdi

Təhsil

1 May 2014, 14:48


“Çağ Öyrətim” şirkətindən Modern.az saytına  daxil olan açıqlamasında qurumun Vergilər Nazirliyini məhkəməyə verməsi xəbərlərinə münasibət bildirilib. Həmin açıqlamanı təqdim edirik:  

"Bir sıra internet xəbər portallarında Çağ Öyrətim İşlətmələri MMM-in Azərbaycan Respublikası Vergilər Nazirliyini məhkəməyə verməsi barədə xəbər yayılıb: “Azərbaycan Respublikası Konstitusiyasına, qanunvericiliyinə və nizamnaməsinə əsasən fəaliyyət göstərən Çağ Öyrətim İşlətmələri MMM-in daxil olduğu hüquq münasibətlərində hər bir hüquqi və ya fiziki şəxs kimi ortaya çıxan fikir ayrılıqlarını məhkəmə vasitəsi ilə aradan qaldırmaq hüququ var.  Təhsil müəssisələrinin əlavə dəyər vergisindən azad olunması ilə əlaqədar olaraq qanunda nəzərdə tutulan “təhsil müəssisələri” anlayışının hazırlıq kurslarına aid edilib-edilməməsinin məhkəmə vasitəsi ilə aydınlaşdırılması hüququndan istifadə etməsini başqa cür ifadə etmək, ictimailəşdirmək və təhlükə kimi göstərmək, hər bir kiçik məsələni böyüdərək gündəm formalaşdırma cəhdlərinin uzun müddətdir başlanmış bir kampaniyanın tərkib hissəsi olduğunu ictimaiyyətin diqqətinə çatdırırıq”.   

 

Modern.az  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı