Modern.az

Ukraynada qadın prezidentliyə namizədlikdən imtina etdi

Ukraynada qadın prezidentliyə namizədlikdən imtina etdi

Təhsil

1 May 2014, 14:47
 

Ukrayna prezidentliyinə namizəd Nataliya Korolevskaya Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edərək dövlət başçısı postuna iddiasından geri çəkildiyini bildirib. Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Korolevskayanın MSK-ya müraciəti bu gün yerli vaxtla saat 11:30-da daxil olub.

Qeyd edək ki, prezidentliyə digər namizədlər hələ ki iddialarından geri çəkilməyiblər. bu niyyətdə olanlar üçün son müddət bu gün saat 24:00-da başa çatır.

Ukraynanın keçmiş sosial siyasət naziri Korolevskayanın prezidentliyə namizədliyi MSK-da aprelin 1-də qeydiyyata alınıb. Növbədənkənar prezident seçkiləri mayın 25-də keçiriləcək.

 

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı