Modern.az xəbər verir ki, mayın 12-dən başlayaraq ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlanır. Ərizələrin qəbulu iyunun 12-dək internet vasitsilə aparılacaq. Abituriyentlər göstərilən müddət ərzində TQDK-nın internet saytının müvafiq səhifəsində (www.eservices.tqdk.gov.az/erizetex) şəxsiyyət vəsiqəsinin seriyasını, nömrəsini və PİN kodunu daxil etməklə qeydiyyatdan keçir, iş nömrəsi və şifrə əldə edirlər. Sonra iş nömrəsi və şifrədən istifadə etməklə “Abituryentin elektron ərizəsi” formasına daxil olur, onu doldurur və təsdiqini təmin edirlər.
Ümumi orta təhsil (9 illik) səviyyəsini Azərbaycan ümumi təhsil müəssisələrində 2013-cü və 2014-cü ildə bitirən abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən elektron ərizə səhifəsindəki müvafiq düyməni basmaqla özləri təsdiq edə bilər.
Rafiq Qənbərov