“Bu il Magistraturaya plan yeri azalıb. Plan yerlərinin sayı ötən illə müqayisədə 5% azalıb.”
Modern.az xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında məlumat verib. O bildirib ki, keçən il 6964 nəfər plan yeri var idi, amma 5500 nəfər qəbul olunmuşdu. Bu ilki plan yeri isə 6565 yer müəyyən olunub. “Proqram seçimi ona görə aparılır ki, bakalavrların hansı imtahanı verəcəyini müəyyən etmək mümkün olsun. Ona görə ki, biz də imtahanı hazırlamalıyıq. Onun üçün bakalavr ərizəsinə daxil olub seçmək lazımdır. Proqram seçimi olmasa bakalavrlar imtahana buraxılmayacaq. Onu da qeyd edim ki, bu ilki magistratura pilləsinə qəbul planında qiyabi təhsil yoxdur”.
Rafiq Qənbərov