Modern.az

Türkiyədə 1 may nümayişində toqquşma olub

Türkiyədə 1 may nümayişində toqquşma olub

Təhsil

1 May 2014, 15:14


Türkiyədə 1 may nümayişləri keçirmək üçün müxtəlif şəhərlərdə toplaşan Həmkarlar İttifaqlarının və siyasi partiya nümayəndələrinə polis mane edib. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun Beşiktaş, Şişili və Okmeydanı səmtlərində hüquq-mühafizə orqanları etirazçılara qarşı bibər qazı və təzyiqli sudan istifadə ediblər. “Əmək, sülh, azadlıq və demokratiya üçün 1 may”, “Yaşasın 1 may!”, “Müqavimət göstərən işçi qalib gəlir” şüarları ilə hərəkət edən kütlə Taksim meydanına doğru irəliləmək istəsə də, polis su şırnaqları və xüsusi vasitələrdən istifadə edərək aksiyanın qarşsını ala biliblər. Taksimə gedən əsas yollar və yaxında yerləşən Osmanbəy metro stansiyası bağlanıb. Əsasən müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının üzvlərindən ibarət olan başqa bir qrup isə Beşiktaşda polislə toqquşmaya gedib. Etirazçıların bir neçəsi saxlanılıb. Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu toqquşmalarla bağlı jurnalsitlərə açıqlama verib. Onun sözlərinəı görə, dinc yürüşün qarşsını almaqla hakimiyyət zəhmətkeşlərdən qorxduğunu ortaya qoyub: “Öncə gənclərdən qorxurdular, indi də zəhmətkeşlərdən qorxurlar. 1 may əmək bayramında bu haqsız müdaxiləni qınayıram”.

Xatırladaq ki, ötən il Taksim meydanında 1 may nümayişinin keçirilməsinə şəhər meriyası rəsmi icazə vermişdi.

 

Vüqar İsmayılov

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı