Modern.az

Timoşenko yenidən baş nazir olmaqdan imtina etdi

Timoşenko yenidən baş nazir olmaqdan imtina etdi

Təhsil

1 May 2014, 15:37

Ukrayna prezidentliyinə namizəd Pyotr Poroşenko “Batkivşina” Partiyasının lideri, dövlət başçısı seçilməyə digər bir iddialı Yuliya Timoşenkoya seçkilərdən sonra yeni hökumətdə birgə işləməyi təklif edib. Modern.az Ukrayna KİV-nə istinadən verdiyi xəbərə görə, bunu Ujqorodda “Üçüncü Ukrayna Respublikası” vətəndaş təşəbbüsünün lideri Yuri Lutsenko  deyib: “Pyotr Poroşenko “Batkivşina” ilə baş nazir postu məsələsini razılaşdırmağı təklif edib. Təəssüf ki, şəxsən mənim çatdırdığım təklifdən imtina edilib”.

Lutsenkonun fikrincə, bu, “Batkivşina” tərəfindən verilən düzgün qərar deyil.    Qeyd edək ki, indiyə qədər keçirilən bütün rəy sorğularının nəticələrinə görə mayın 25-də keçiriləcək prezident seçkilərində Poroşenkonun qalib gəlmək şansı digər namizədlərdən qat-qat çoxdur.  

Modern.az  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı