Azərbaycanın xalq yazıçısı, mərhum Sabir Əhmədlinin həyat yoldaşı Şaban Əhmədova yazıçının ölümünün beşinci ili tamam olan gün, yəni aprelin 17-də səhhətinin qəfil dəyişməsindən sonra xəstəxanaya yerləşdirilib.
Bir müddət xəstəxanada qalan Ş. Əhmədova hazırda evdə müalicəsini davam etdirir. Modern.az Şaban Əhmədovanın vəziyyətini öyrənmək üçün yazıçının ailəsi ilə əlaqə saxlayıb. Mərhum Sabir Əhmədlinin oğlu Etibar Əhmədov anasının vəziyyətinin nisbətən qənaətbəxş olduğunu və hazırda evə gətirilərək müalicəsini davam etdirdiyini bildirib. Elmin Nuri