Modern.az

Cavanşir Feyziyev: “Mətbuat Muzeyinin yaradılması Mətbuat Şurasında müzakirə olunacaq ”

Cavanşir Feyziyev: “Mətbuat Muzeyinin yaradılması Mətbuat Şurasında müzakirə olunacaq ”

Təhsil

1 May 2014, 17:48
 

“Azərbaycanda Mətbuat Muzeyinin yaradılması Mətbuat Şurasının Beynəlxalq əlaqələr komissiyasının təşəbbüsüdür. Yəni bizim təşəbbüsümüzdür. Bir əsr yarım yaşı olan mətbuatın mütləq muzeyi olmalıdır. Xarici ölkələrdə, xüsusilə Türkiyədə çox sayda 100-130 il əvvəl yazılan yazılarımız var. Onları Türkiyədən alıb gətirməli və o muzeydə yerləşdirməliyik. Bu, təkcə Azərbaycanın deyil, ümumiyyətlə Türk Mətbuatı Muzeyi olsa, əlbəttə, daha gözəl olur. Çünki Azərbaycanda 139 il əvvəl mətbuat yaranıb. Başqa türk ölkələrində bir il gec, bir il tez, yəni təxminən eyni zamanlarda yaranıb”.

Bunu Modern.az-a açıqlamasında Mətbuat Şurasının Beynəlxalq əlaqələr komissiyasının sədri, deputat Cavanşir Feyziyev deyib.

Onun sözlərinə görə, Mətbuat Muzeyinin yaradılması məsələsi bu ay Mətbuat Şurasında müzakirə olunacaq: “Hər halda həm milli mətbuatımızın, həm də türk mətbuatının dünyanın müxtəlif ölkələrində olan nümunələrinin surətlərini tapıb Azərbaycana gətirmək istəyirik. Onları hardasa sərgiləmək üçün də biz Mətbuat Muzeyinin yaradılması təşəbbüsü ilə çıxış etmişik. Bu məsələni ilkin olaraq sadəcə Beynəlxalq Əlaqələr Komissiyasında müzakirə etmişik. Amma bu ay Mətbuat Şurasının İdarə Heyətinin müzakirəsinə çıxaracağıq”.

 

Misranə Həsənzadə

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı