“Cənub-şərq” ictimai hərəkatının lideri, Ukrayna prezidentliyinə namizəd Oleq Tsarev prezident kürsüsü uğrunda mübarizədən geri çəkilib. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Mərkəzi Seçki Komisiyyasından (MSK) onun özünün bununla bağlı müraciət etdiyi bildirilib. Qeyd edək ki, Ukraynada prezident seçkiləri mayın 25-də keçiriləcək. Bu gün prezidentliyə digər namizəd Nataliya Korolevskaya da prezidentlik uğrunda yarışdan imtina edib.
Modern.az