“Azərbaycan hər zaman İsrailin dostu olub. Bizim Azərbaycanla əlaqələrimiz yaxşı səviyyədədir və bundan sonrda da belə davam edəcək”. Modern.az xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında İsrailin xarici işlər naziri Aviqdor Liberman deyib. O bildirib ki, Azərbaycan tolerantlığı ilə dünyaya nümunə sayıla bilər. İsrail rəsmisi Azərbaycanda yaşayan yəhudilərin yaşayış durumundan da danışıb. “Azərbaycanda yəhudilər rahat və yaxşı yaşayırlar. Bunu unutmaq olmaz”. A. Liberman Azərbaycan və İsrail arasındakı əlaqələrin bundan sonra da inkişaf edəciyini vurğulayıb.
Modern.az