
Modern.az xəbər verir ki, mayın 3-də Azərbaycan Dövlət İqtisad Universitetində “Açıq qapı” günü keçirilib. Ali təhsil ocağının rektoru, professor Ədalət Muradovun iştirakı ilə ilk dəfə təşkil edilən “Açıq qapı”da vətəndaşlarin şikayət və təklifləri dinlənilib.
Vətəndaşlar tərəfindən daha çox işə qəbulla bağli müraciətlər olub. Digər ali təhsil müəssisələri və orta məktəb müəllimləri ADİU-da pedoqoq kimi fəaliyət göstərmək istəklərini rektora bildiriblər.
“Açıq qapı” günündə universitetə müəyyən layihələrlə bağli təkliflərlə gələnlər də olub.
Rektor Ədalət Muradov bütün müraciətlərə baxılacağını bildirib.
“Açıq qapı” gününün keçirilməsində məqsəd ADİU-da idarəetmənin daha da təkmilləşdirilməsinə xidmət etməkdir.
ADİU-da “Açıq qapı”günü hər ayin birinci şənbə günü keçirilir. Növbəti “Açıq qapı” iyun ayının 7-də olacaq.
Modern.az