“Vətənim Ukraynada vəziyyət çox qarışıqdır...”
Bakıda keçirilən İdman Dırmanması üzrə Dünya Kuboku kişi atletlərin surət üzrə yarışın qalibi Ukrayna təmsilçisi Daniil Boldrev turnir haqqında təəsüratlarını Modern.az-la bölüşüb.
O qeyd edib ki, İdman Dırmanması üzrə Gənclər arasında Dünya Kuboku yarışında rekord qıraraq yeddi qızıl medal qazanıb: “Dunya çempionatının gümüş medalıni qazanmışam. Ukraynada vəziyyət çox pisdir. Azərbaycanda olmaqdan çox məmnunam. Burada insanlar çox mehribandılar. Biz istəyirik ki, ölkəmizə qayıdanda buradakı insanların necə mehriban olduğunu onlara çatdıraq”.
O bildirib ki, keçən il də Bakidakı çempionatda iştirak edib və turnirdə 6-cı yeri tutub: “O zaman şəhəri gəzməyə imkan oldu. İndiki səfərimizdə iki gündür burdayıq. Ancaq bizə sabah imkan olacaq ki, yenidən Bakının gözəl mənzərələrini görək, ləziz təamlarını dadaq. Azərbaycanda hər şey əladır. Buranı çox bəyəndim. Problem sadəcə küləkdir. Azərbaycanı təmsil edən idmançılar çox mehribandılar”.
Ukryana təmsilçisini təsirləndirən məqan Şəhidlərin Xiyabanı olub: “Ən çox təəssürat yaradan o oldu ki, sizdə Şəhidlər Xiyabani var. Onlara abidələr qoyulub”.
Xatırladaq ki, yarış Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) və Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSC) birgə təşkilatçılığı ilə baş tutub.
Qeyd edək ki, Bakıda keçirilən Dövlət Bayrağı Meydanı yaxınlığında İdman Dırmanması üzrə Dünya Kuboku yarışına dünən start verilib.
Rafiq Qənbərov