Mayın 2-də Əfqanstanın şimal-şəriqndəki Bədəşxan əyalətində baş verən yer sürüşməsindən həlak olanların sayı 2 min 100 nəfəri ötüb. Bu barədə yerli hakimiyyətin rəsmisi məlumat yayıb.
Hakimiyyət rəsmisi sürüşmə zamanı minlərlə insanın, o cümlədən qadınların və uşaqların torpaq altında qaldığını, xilasetmə işlərinə ordunun cəlb edildiyini, yerli şəraitin itkin düşən insanların axtarışına çətinlik yaratdığını, torpaq altında qalanların xilasına çox az ümid olduğunu bildirib.
Birləşmiş Millətlər Təşkilatı zərər çəkən əhaliyə isti paltarlar, çadırlar və ərzaq məhsullarından ibarət humanitar yardım göndərib.
Taliban hərəkatının nümayəndələri xilasetmə işləri zamanı hər hansı əməliyyat keçirməyəcəkətini bəyan edib. (AzərTac)