Barak Obama administrasiyası Suriya müxalifətinə 27 mln dollar ayırmağı planlaşdırır. Modern.az-ın rusiya mətbuatına istinadən verdiyi məlumata görə, administrasiya rəsmiləri də artıq Amerika konqresində təkliflər paketi ilə bağlı müzakirələrin başladığını bildiriblər. Əgər paket konqresmenlər tərəfindən qəbul edilərsə, Amerikanın Suriya müxalifətinə ayıracağı maddi yardımın miqdarı 287 mln dollar olacaq.
Rusiya isə Suriya iqtidarına silah satışını davam etdirir. Belə ki, rəsmi Moskva yaxın üç il ərzində Suriyaya 36 döyüş təyyarəsini təhvil verəcək. Bununla bağlı razılaşma da əldə olunub. Suriya təkcə 6 döyüş təyyarəsi üçün Rusiyaya 100 mln dollar ödəyəcək.
Günəş Fərhadlı