Modern.az

Əfqanıstan veteranlarından ANS-ə: “Heç cür başadüşülən deyil”

Əfqanıstan veteranlarından ANS-ə: “Heç cür başadüşülən deyil”

Təhsil

6 May 2014, 09:43

ANS ÇM radiosunda hər şənbə, saat 19.00 və 20.00 arası efirə gedən «Qafqaz top 20» musiqili verilişində erməni mahnılarının səsləndirilməsinə Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi etiraz edib. Bununla bağlı bəyanat yayan qurum belə məsələlərin yolverilməz olduğunu qeyd edib.

 

Qurumun sədr müavini Əbülfət Hüseynov deyib ki, ANS rəsmisi Mais Məmmədov etdiyi səhvə görə utanıb xalqdan üzr istəmək əvəzinə, öz bəd əməlinə haqq qazandırmaq istəyir: “O, yaxşı bilir ki, ermənilər Azərbaycan mahnılarını erməni mahnısı kimi təqdim edərək səsləndirir. Bunları anlamayan Mais Məmmədovu ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayevin də müdafiə etməsi çox acınacaqlıdır. İlk günlərdən Qarabağda gedən döyüşləri biz çəkmişik, bunu da edə bilərik demək istəməsi bizi çox təəssüfləndirdi. Bakı və Sumqayıtda 40 min erməni yaşayır, deyərək, biz buna göz yumuruq, siz də buna göz yumun demək istəyir?! Heç cür başa düşülən deyil. ANS telekanalının bu mövqeyini qəti şəkildə pisləyirik”.

 

 

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı