Modern.az

Prezidentin mühafizəçisi güllələndi

Prezidentin mühafizəçisi güllələndi

Təhsil

6 May 2014, 10:41

Venesuela prezidenti Nikolasa Maduronun şəxsi mühafizəçisi öz avtomobilini idarə edərkən naməlum şəxslər tərəfindən güllələnib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, 29 yaşlı leytenant Maduronun təhlükəsizliyini təmin edən dəstənin üzvüdür. O öz avtomobilində hərəkət edərkən digər avtomobildən atəş açılıb. Xəsarət alan mühafizəçi xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Məlumatda qeyd edilir ki, mühafizəçinin avtomobildə olan arvadı xəsarət almayıb.

 
Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!