Modern.az

Kaliforniya Ştatı Dağlıq Qarabağdakı separatçı rejimi TANIDI

Kaliforniya Ştatı Dağlıq Qarabağdakı separatçı rejimi TANIDI

Təhsil

6 May 2014, 10:57

ABŞ-ın Kaliforniya Ştatında parlamentin komitəsi Azərbaycanın işğal altında olan torpaqlarında yaradılmış separatçı rejiminin “müstəqiliyini” tanıyıb. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, sözügedən ştatın qanunverici orqanı Dağlıq Qarabağa demokratik dəstəyi inkişaf etdirmək üçün məsələ də qaldırıb. Kaliforniya Məclisinin hər iki palatasında səsvermə isə may ayının 8-də olacaq.

Qeyd edək ki, “Dağlıq Qarabağ Respublikası”nın tanınması üçün qanun layihəsini Los-Anceles şəhərindən olan deputat Mayk Qato Kaliforniya parlamentinə təqdim edib.

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı