Modern.az

Səbail rayonunda 150-dən çox ev sökülüb

Səbail rayonunda 150-dən çox ev sökülüb

تحصیلات

6 May 2014, 11:02


“Səbail rayonunun “Bayıl yamacı” adlanan ərazisində söküntü nəzərdə tutulmayıb”. Bunu Modern.az-a a Səbayel rayon İcra Hakimiyyətinin sektor müdiri İsrafil Kərimov bildirib: “Lakin su idmanı oyunları sarayı tikilən ərazidə və ona yaxın olan hissədə söküntü işləri artıq gedir. Vətəndaşlara müvafiq qaydada müəyyən olunmuş kompensasiya ödənilərək köçürülürlər. Artıq 150-dən çox ev köçürülüb. Texniki peşə məktəbində məskunlaşan 100-dən artıq qaçqın ailəsi müvafiq qaydada mənzillərlə təmin olunaraq oradan köçürülüb”.

Sektor müdirinin sözlərinə görə, kompensasiyaların məbləği dövlət tərəfindən müəyyən edilib: “Rəsmi müəyyən olunmuş məbləğ hər kvadratmetr üçün 1500 mantadır. Bu məbləğ dövlət sənədli evlər üçün nəzərdə tutulub. Dövlət Neft Şirkətinə məxsus ərazidə qanunsuz tikilən evlərə isə ödəmələr başqa cür həyata keçirilir. Ümumi məbləğ hesablanır, ödəmə edilir”.

Gülşən Raufqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı