Modern.az

Nəsiman Yaqublu: “Topçubaşovla dair əsas tarixi sənədlər Parisdədir”

Nəsiman Yaqublu: “Topçubaşovla dair əsas tarixi sənədlər Parisdədir”

Təhsil

6 May 2014, 11:36


“Prezidentin Ə. Topçubaşovun 150 illik yubileyinin keçirilməsi haqqında verilən sərəncam çox təqdirəlayiqdir. Amma Azərbaycan Xalq Cümhuriyyətinin digər qurucuları kimi Əlimərdan bəy Topçubaşova da müəyyən qədər etinasızlıq var”.

Bunu Modern.az-a tarixçi-alim Nəsiman Yaqublu deyib. “Topçubaşovun xarici ölkələrdə  saxlanılan irsinin müəyyən hissəsi Azərbaycana gətirilib. Tədqiqatçı alim Ramiz Abutalıbovun bu istiqamətdə fəaliyyəti çox böyükdür.  Bu yaxınlarda Topçubaşov haqqında 20 dəqiqəlik sənədli film də çəkildi. Amma hələ çox görüləsi çox işlər var. Xüsusən Fransaya gedib ciddi araşdırmalar aparmaq lazımdır. Orada yaşayan bir gürcü əsilli tədqiqatçı var. Onda Topçubaşova dair çox dəyərli sənədlər var. Bu sənədləri Azərbaycana gətirmək lazımdır”, – deyə N. Yaqublu vurğulayıb.

“Topçubaşovun Tiflisdə məhkəmə orqanlarında fəaliyyəti olub. Bu barədə araşdırmalar aparmaq lazımdır. Ən əsası bu gün Əlimərdan bəy Topçubaşovun Bakıda ev muzeyi yaradılmalıdır. Təəssüflər olsun ki, Cümhuriyyət dövrünün başqa qurucuları kimi Topçubaşovun da Bakıda ev muzeyi  yoxdur. Ən azı onun yaşadığı evin qarşısına bir məlumat lövhəsi vurmaq lazımdır. Ev muzeyi çox vacib bir məsələdir. Bu, təkcə Topçubaşova yox, eləcə də Fətəli xan Xoyski, Həsən bəy Ağayev və digər Cümhuriyyət rəhbərlərinə də  aid edilməlidir”.

Qeyd edək ki, bu yaxınlarda Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan, böyük maarifçi, ictimai-siyasi xadim Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinin keçirilməsi barədə verdiyi sərəncam imzalayıb.

Elmin Nuri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı