Modern.az

İki universitet arasında müqavilə imzalanıb

İki universitet arasında müqavilə imzalanıb

Təhsil

6 May 2014, 12:10

Bartin Universitetinin rektoru Ramazan Kaplan və rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Bakı Dövlət Universitetində olublar. BDU- nun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, qonaqları qəbul edən rektor, akademik Abel Məhərrəmov onlara universitet haqqında məlumat verib, BDU-nun Türkiyənin çoxsaylı universitetləri ilə əməkdaşlığından danışıb.

Qəbula görə təşəkkür edən Bartin Universitetinin rektoru, professsor Ramazan Kaplan rəhbəri olduğu ali təhsil müəssisəsi haqqında məlumat verib.

Görüşdə universitetlərarası əməkdaşlıq məsələləri müzakirə edilib və görüşün nəticəsi olaraq müqavilə imzalanıb.

Rektorlar – Abel Məhərrəmov və Ramazan Kaplan müqavilənin işlək olacağına və yaxın gələcəkdə hər iki universitetə fayda verəcəyinə əminilik ifadə ediblər.

Görüş hər iki universitetin fakültə dekanlarının iştirakı ilə davam edib.

 

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı