Modern.az

Tiflisdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin sammiti keçirilib

Tiflisdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin sammiti keçirilib

Təhsil

6 May 2014, 12:38

Tiflisdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə sammit başlayıb.

APA-nın Gürcüstana ezam olunmuş müxbiri xəbər verir ki, “2014 Tiflis sammiti” adlı təbdir Gürcüstan parlamentinin Milli Kitabxanasında keçirilir.

Sammitə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Abdulla Gül və Gürcüstan prezidenti Georgi Marqvelaşvili qatılıb. Sammitdə son 20 ildə iqtisadi, ticarət, nəqliyyat və enerji sahəsində əməkdaşlığın nəticələri nəzərdən keçirilir, cari və planlaşdırılmış gələcək layihələr müzakirə edilir. 

Xatırladaq ki, “2014 Tiflis sammiti” Georgi Margvelashvilinin Azərbaycan və Türkiyəyə səfərləri zamanı planlaşdırılıb.

***

Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili və Türkiyə Prezidenti Abdullah Gül əvvəlcə xatirə şəkli çəkdiriblər.
Sammiti Prezident Giorgi Marqvelaşvili açıb.
Sonra Prezident İlham Əliyev və Prezident Abdulla Gül çıxış ediblər.  

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı