Modern.az

Vəkili İlham Mirzəyevin tezliklə azadlığa çıxacağına inanır: “Onunla dünən görüşdüm”

Vəkili İlham Mirzəyevin tezliklə azadlığa çıxacağına inanır: “Onunla dünən görüşdüm”

Təhsil

6 May 2014, 12:49


“İlham Mirzəyevlə dünən görüşmüşəm. Özünü yaxşı hiss edir, vəziyyəti normaldır, sağlığından heç bir şikayəti yoxdur”. Bunu Modern.az-a açıqlamasında tanınmış teleaparıcının vəkili Xanlar Bayramzadə deyib.

“İlham Mirzəyev təkrarən dindirilməyib. Hazırda Kürdəxanı istintaq təcridxanasında saxlanılır. Növbəti məhkəmə prosesinin nə vaxt olacağı bəlli deyil”.

Vəkilin tezliklə İ. Mirzəyevin azadlığa çıxacağına inandığını vurğulayıb.

Qeyd edək ki, “Space” kanalının tanınmış aparıcı aprelin 10-da saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə (dələduzluq) cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq gedir.

Gülşən Raufqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı