
Bu gün Ukrayna Ali Radasının qapalı iclası keçirilir. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, “UDAR” parlament fraksiyası iclasda həm spiker, həm də prezident səlahiyyətlərini icra edən Aleksandr Turçinovun istefası məsələsini qaldıraraq əvəzinə Pyotr Poroşenkonun seçilməsini təklif edib. Bu haqda jurnalistlərə fraksiyanın deputatı Sergey Kaplin verib:
“Bu həm də prezidentliyə namizəd kimi Poroşenko üçün imtahan olacaq, indi baş verən hadisələr zamanı ölkəyə rəhbərliyi icra etməklə o həm də seçki ərəfəsi risk etmiş olacaq”.

Ukrayna Ali Radasının bu dəqiqələrdə keçirilən qapalı iclasında Kommunist Partiyasının deputatları qovulublar.
Modern.az Ukrayna mətbuatına istinadən bildirir ki, Kommunist Partiyasının parlamentdəki fraksiyasının separatçı çıxışlarına görə iclas zalından çıxarılması məsələsi səsə qoyulub və nəticədə fraksiya üzvləri qovulublar. Xatırladaq ki, qapalı iclasda Ukraynanın Şərqində aparılan terror əleyhinə əməliyyatlarla bağlı hesabat dinləniləcək, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinin yaxşılaşdırılması məqsədilə qərarlar qəbul olunacaq.
Modern.az