Modern.az

Azərbaycan orta ömür göstəricisnə görə dünyada 141-ci yeri tutdu

Azərbaycan orta ömür göstəricisnə görə dünyada 141-ci yeri tutdu

Təhsil

6 May 2014, 14:36


Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin “Ümumdünya faktlar kitabı” adlı illik hesabatına əsasən, Azərbaycan dünyada orta ömürün davamlılığına görə 141-ci yeri tutub.

Modern.az saytının xarici KİV-ə istinadən verdiyi xəbərə görə, hesabatda göstərilib ki, respublikamızda orta ömür 70,91 ildir. Qonşu respublikalardan Gürcüstan 90-cı (75,72 il) Ermənistan 116-cı (74,12), Türkiyə isə 124-cü (73,29 il), İran 148-ci (70,89 il) və Rusiya 151-ci (70,16 il) pilləni tutub.

Orta ömürün davamlılığına görə, lider olan ölkələrə gəlincə, ilk pillədə Monako knyazlığı (89,57 il), 2-ci pillədə Makao, 3-cü pillədə isə Yaponiya qərar tutub. İlk onluğu Avstraliya (82,07 il) qapadır.

223 ölkənin yer aldığın siyahıda ən az orta ömür uzunluğu Qvinea-Bisau, Cənubi Afrika Respublikası və Çadda qeydə alınıb. Bu ölkələrdə orta ömür 49-50 yaş arasında dəyişir.  

Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı