Ağır Cinayətlər Məhkəməsində “Nida” Vətəndaş Hərəkatının üzvlərinə hökm oxunduqdan sonra məhkəmə binasının qarşısında hökmə etiraz edən insanlarla polis arasında qarşıdurma baş verib.
Modern.az-ın məlumatına görə, hakimin elan etdiyi hökmə etiraz edən gənclərə polis müdaxilə edib. Onlardan 16 nəfərinin polis tərəfindən saxladıldığı bildirilir. Saxlanılan şəxslər arasında 2 jurnalistin o cüməldən, “Yeni Musavat” qəzetinin fotoqrafı Məhəmməd Türkmən Qurbanov da var. Saxlanılan şəxslər Səbail rayon Polis İdarəsinə aparılıblar. Xatırladaq ki, bugün Ağır Cianyətlər Məhkəməsində “Nidaçı”ların işi üzrə keçirilən məhkəməsinin hökmü ilə Zaur Qurbanlı, İlkin Rüstəmzadə və Rəşadət Axundov 8 il, Rəşad Həsənov, Məmməd Əzizov 7 il 6 ay, Üzeyir Məmmədli, Bəxtiyar Quliyev 7 il və Şahin Novruzlu 6 il müddətinə azadlıqdan məhrum olunublar.
Modern.az