Modern.az

Orxan Zeynalovun GÜNAHI sübut olunub: İstintaq yekunlaşdı - RƏSMİ AÇIQLAMA

Orxan Zeynalovun GÜNAHI sübut olunub: İstintaq yekunlaşdı - RƏSMİ AÇIQLAMA

Təhsil

6 May 2014, 15:08

Rusiya İstintaq Komitəsi Azərbaycan vətəndaşı Orxan Zeynalova qarşı açılmış cinayət işininin istintaqını yekunlaşdırıb. Modern.az saytı İstintaq Komitəsinə istinadən xəbər verir ki, Orxan Zeynalov rusiyalı gənc Yeqor Şerbakovu xuliqanlıq zəmində qətlə yetirməkdə ittiham olunur.

Komitənin məlumatına görə, istintaq cinayətin başvermə şəraitini tam şəkildə bərpa edib və Zeynalovun günahını sübuta yetirib. İstintaqçılar müəyyən ediblər ki, Azərbaycan vətəndaşı sərxoş vəziyyətdə olarkən Şerbakova ən azı 20 yumruq zərbəsi və bundan sonra bir neçə bıçaq xəsarəti  yetirib. Faktla bağlı toplanmış materiallar artıq məhkəməyə göndərilib.

Xatırladaq ki, 2013-ci il oktyabrın 10-da Moskvanın Qərbi Biryulova rayonunda 25 yaşlı Yeqor Şerbakov qətlə yetirilmişdi. Bundan sonra Biryulovoda yerli sakinlər tərəfindən kütləvi iğtişaşlar baş qaldırmışdı. Hadisəni törətməkdə şübhəli bilinən Orxan Zeynalov oktyabrın 15-də həbs olunmuşdu.

Orxan Zeynalov Azərbaycanın Şəmkir rayonundandır.

Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı