
“Türkiyə, Azərbaycan və Gürcüstan Ukrayna məsələsində həmfikirdir”. Modern.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Abdulla Gül bu gün Tiflisdə keçirilən Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin sammitinin yekununa həsr olunan mətbuat konfransında deyib.
O bildirib ki, sammitdə Ukrayna mövzusu da müzakirə olunub və ortaq mövqe ortaya qoyulub: “Bizim əsas mövqeyimiz ərazi bütövlüyünün qorunması, toxunulmazlığıdır. Bu baxımdan Gürcüstan və Azərbaycan dövlətlərinin də ərazi bütövlüyünün bərpası və toxunulmazlığının tərəfdarıyıq”.
Mayın 6-da Tbilisidə Azərbaycan prezidenti İlham Əliyevin, Türkiyə prezidenti Abdulla Gülün və Gürcüstan prezidenti Giorgi Marqvelaşvilinin üçtərəfli görüşü olub.
Görüşdə üç ölkə arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib, Tbilisi Sammitinin münasibətlərin daha da genişlənməsinə töhfə verəcəyi diqqətə çatdırılıb. Azərbaycan, Türkiyə və Gürcüstan arasında həyata keçirilən qlobal layihələrin əlaqələrimizin inkişafı baxımından əhəmiyyəti vurğulanıb.
Modern.az