Modern.az

Ukrayna parlamenti referenduma icazə vermədi

Ukrayna parlamenti referenduma icazə vermədi

Təhsil

6 May 2014, 17:08



Ali Rada mayın 25-də Ukraynada ümumi məsləhətçi sorğu keçirilməsini nəzərdə tutan qanun layihəsini dəstəkləməyib. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, sənədin qəbulunun lehinə cəmisi 154 nəfər səs verib. Layihənin qəbul olunması üçün isə 226 səs tələb olunurdu.  Hökumətin təqdim etdiyi qanun layihəsində növbədənkənar parlament seçkiləri ilə eyni vaxtda Ukraynada ümumi məsləhətçi sorğunun keçirilməsi nəzərdə tutulurdu. Referendumun təşkili təşəbbüsü ilə ölkənin Cənub-Şərqinin sakinləri çıxış ediblər. Onlar regionların özünü təyinetməsini tələb edir, bəziləri isə hətta Krım kimi Rusiyaya birləşməyə çağırırlar. Qeyd edək ki, Donetsk və Luqansk vilayətlərində fəallar mayın 11-də mərkəzi hakimiyyətlə razılaşdırmadan bu məsələ ilə bağlı referendum keçirmək haqda qərar verib.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı