Bu gün səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, millət vəkili Əhliman Əmiraslanovla birgə ATU-nun Stomatoloji Klinikasının nəzdində yeni tikilən Stomatoloji Tədris Mərkəzinə baxış keçirib. Stomatoloji Klinikanın direktoru Alqış Səfərov mərkəzdə quraşdırılan yeni, məxsusi olaraq mərkəz üçün Avropadan gətizdirilən avadanlıqlar barədə məlumat verib. Onun sözlərinə görə, dünyanın yalnız aparıcı ölkələrinin tibb müəssisələrində olan bu avadanlıq tələbələrin nəzəri və praktiki biliklərini təkmilləşdirməkdə müstəsna əhəmiyyətə malikdir.
Səhiyyə naziri Oqtay Şirəliyev Stomatoloji Mərkəzdə görülən işlər, klinikanın təchizatını yüksək dəyərləndirdiyini deyib. Nazirin sözlərinə görə, klinikanın bütün avadanlığı tibb elminin ən son nailiyyətlərinə cavab verir və bu cür müasir, modern texnoloji avadanlıqlarla çalışmaq rezidentlər üçün müsbət təcrübə yaradacaq.

