Modern.az

Ukrayna ərazisində Yeni Rusiya dövləti qurulur

Ukrayna ərazisində Yeni Rusiya dövləti qurulur

Təhsil

6 May 2014, 17:26

Ukrayna prezidentliyinə keçmiş namizəd, “Cənub-Şərq” hərəkatının lideri Oleq Tsarev bu ölkənin federallaşmasının necə baş verəcəyini açıqlayıb. Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Tsarev hazırda Luqansk vilayətindədir:

“Dünən biz “keçmiş qvardiya”nın, “yeni hərəkat”ın deputatlarını, eləcə də biznesmenləri bir yerə toplamışdır. Onları Xalq şurası ilə tanış etdik və yekdilliklə mayın 11-də referendum keçirilməsi qərarına gəldik. Biz artıq Luqansk və Donetsk sakinləri üçün sual da hazırlamışıq: “Siz Luqansk və Donetsk vilayətlərində referendumu dəstəkləyirsinizmi?” Əgər dəstəkləsələr, iki yeni Luqansk və Denetsk respublikaları əldə etmiş olacağıq. Ümid edirəm ki, Ukraynanın Qərbi də bizi dəstəkləyəcək”.

Tsarevin sözlərinə görə, yeni dövlət Odessa, Nikolaevsk, Xerson, Zaporoyj, Donetsk, Luqansk, Xarkov və Dnepropetrovsk vilayətləri ərazisində yaradılacaq. O, yeni yaradılacaq dövlətin Yeni Rusiya olacağını da istisna etməyib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı