Modern.az

Yeni hüquq lüğəti çap olunub

Yeni hüquq lüğəti çap olunub

Təhsil

6 May 2014, 21:39

Ali Məhkəmənin sədri Ramiz Rzayev, dilçi alim Rafiq Novruzov və hüquqşünas Könül Əliyeva ikicildlik “Rusca-azərbaycanca izahlı hüquq lüğəti”ni hazırlayıb. Lüğətin redaksiya heyətində təcrübəli hüquqşünaslar və dilçi alimlər təmsil olunur.

“Rusca-azərbaycanca izahlı hüquq lüğəti” müasir qanunvericiliyin, həmçinin beynəlxalq hüququn bütün sahələrini əhatə edən 33 mindən artıq söz və söz birləşməsindən ibarətdir. Yeni nəşrdə təhsil, iqtisadiyyat, maliyyə, birja, sığorta, xarici ticarət və hərbi termin və anlayışlar da əhatə olunur. Lüğətdə Azərbaycan dilində işlənən hüquq terminləri ilə yanaşı dünya hüquq sistemində istifadə olunan termin və ifadələr, hüquq ədəbiyyatında tez-tez rast gəlinən klassik məfhumlar və  yeni alınma sözlər öz əksini tapıb. Nəşrdə verilən hüquq terminlərinin mənaları rus dilində tam şəkildə açılır və tərcümə ilə yanaşı onların Azərbaycan və rus dillərində izahı verilir. İzahı verilən sözlər sırasına əsasən alınma və beynəlxalq terminlər daxildir. Lüğətlərdə izah olunan əsas   terminlərlə bərabər törəmə terminlərə və baş sözlərin içərisində terminoloji xarakter daşıyan söz birləşmələrinə də geniş yer verilib. Bu günlərdə “Rusca-azərbaycanca izahlı hüquq lüğəti”nin I cildi oxucuların ixtiyarına verilib. II cildi isə nəşriyyatdadır və çapa hazırlanır.

 

 

Modern.az    
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı