İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 69-cu ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib.
Trend-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlətimizin başçısı İkinci Dünya müharibəsi veteranları ilə xatirə şəkli çəkdirdi. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Ali Baş Komandanın qarşısından keçdi.