
Modern.az xəbər verir ki, mayın 9-da “Eurovision-2014” mahnı müsabiqəsinin ikinci yarımfinal konserti keçirilib.
Danimarkanın paytaxtı Kopenhagendəki “B and V” Arenanın səhnəsində 15 ölkənin təmsilçisi yarışıb.
Ssəhnəyə birinci Maltanı təmsil edən “Firelight qrupu” çıxaraq “Coming home” mahnısını səsləndirib.
İsrailin gənc müğənnisi Mei Feingold, Norveçdən Karl Espen, Gürcüstandan Mariko və The Shin, Polşadan Donatan və Kleo cütlüyü, Avstriyadan Konçita Vürst, Litva təmsilçisi Vilija Mataciunaite, finlandiyalı Softengine, İrlandiyadan Kasey Smit, belaruslu Teo (Yuri Yaşçuk), Makedoniyadan Tijana Dapkeviç, İsveçrədən Sebalter (Sebastiano Paulessi), Yunanıstandan Friki Fortun və Riskikido, Sloveniyadan Tinkara Kovaç, Rumıniyadan Paula Selinq və Ovi cütlüyü öz ifalarını nümayiş etdiriblər.
Yarımfinal mərhələsində iştirak edən 15 ölkənin çıxışlarından sonra 15 dəqiqə ərzində təmsilçilərə səs göndərmək mümkün olub. Səsvermə nəticəsində iştirakçılar arasından 10 ölkə finala vəsiqə qazanıb. Bunlar aşağıdakı ölkələr olub:
İsveçrə
Sloveniya
Polşa
Rumıniya
Norveç
Yunanıstan
Malta
Belarus
Finlandiya
Avstriya
Modern.az