Fransanın məhşur senatoru Natali Qule dünən axşam Azərbaycana gəlib. Modern.az saytının əldə etdiyi məlumata görə, senatorun səfər çərçivəsində bir sıra mühüm görüşlər keçirəcəyi gözlənilir. Senator həmçinin mayın 11-də Azərbaycana səfər edəcək Fransa prezidenti Fransua Ollandın keçirəcəyi görüşlərin hazırlıq işləri ilə də məşğul olacaq.