Modern.az

Deputatdan Şuşa və məcburi köçkün qadınlarla bağlı ÇAĞIRIŞ

Deputatdan Şuşa və məcburi köçkün qadınlarla bağlı ÇAĞIRIŞ

Təhsil

9 May 2014, 12:30


Millət vəkili Q. Paşayeva Türkiyədə 36 ölkədən gəlmiş qadınlara Şuşa və məcburi köçkün qadınlarla bağlı çağırış edib.

Modern.az xəbər verir ki, Giresun Universitetində təşkil edilən “Qadınlar siyasi və sosial həyatda” Beynəlxalq Gender simpoziumun açılışında deputat geniş çıxış edib. Dünyanın bütün qitələrini əhatə edən və 36 ölkənin fəal qadınlarının qatıldığı beynəlxalq simpoziumda qadınlara qarşı zorakılığın ən böyük insan haqları pozuntularından olduğunu deyən Giresun Universitetinin rektoru Aygün Attar salamlama və açılış çıxışında bütün dünyada qadınlara qarşı zorakılığın aradan qaldırılması üçün birgə səylərin gücləndirilməsinə və qadınlara yönələn təhsil və araşdırma layihələrinin həyata keçirilməsinin vacibliyindən danışdı. 36 ölkədən nümayəndələrin qatıldığı beynəlxalq simpozium açılışındakı çıxışında millət vəkili Qənirə Paşayeva deyib: ”Qadınlara qarşı zorakılıq mövzusu mənim ölkəm üçün çox həssas və ağrılı bir mövzudur. Bildiyiniz kimi, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edərək, həmin ərazilərdə etnik təmizləmə siyasətini aparıb. 1 milyon azərbaycanlı 20 ildən artıqdır ki, məcburi köçkün həyatı yaşayır və Ermənistan onların öz yurd-yuvasına dönməsinə imkan verməməklə bu insanların təməl insan haqlarını tapdalamqda davam edir. Yüz minlərlə azərbaycanlı məcburi köçkün qadınlar 20 ildən artıqdır ki, öz evlərinə dönə bilmirlər, onlar insan haqları Ermənistan tərəfindən pozulmaqda davam edir”.

Millət vəkili çıxışında tədbirin keçirildiyi 8 May tarixinin Azərbaycanlılar üçün çox ağır bir gün olduğunu vurğulayıb. Bu gün mənim xalqım və mənim üçün ağır bir gündür. Məhz 22 il əvvəl bu gün, mayın 8-də Ermənistan Azərbaycanın və dünya mədəniyyətinin qədim bir parşası olan Şuşa şəhərini işğal ediblər. İnsanlar öldürülüb, əsir və girov götürülüb, tarixi, mədəni, dini abidələr dağıdılıb, 10 minlərlə insan, qadın, uşaq məcburi köçkün düşüb və bu gün də öz evlərinə qayıda bilmirlər. Çünki Ermənistan bütün beynəlxalq prinsiplərə və qəbul edilən qətnamələrə məhəl qoymayaraq onların evlərinə dönməsinə imkan vermir. 22 il öz evinə dönə bilməmək, yaxınların məzarlarını ziyarət edə bilməmək... Bunun nə qədər böyük ağrı, acı olduğunu milli və dini mənsubiyyətindən asılı olmayaraq özünü insan adlandıran hər kəs hiss etməlidir. Çünki o insanlar azərbaycanlı olmaqla yanaşı insandırlar və insanlığın yanında olan hər kəs, içərisində gerçək insanlıq duyğuları daşıyan hər kəs onların yanında olmalı, səslərinə səs verməli, onlara dəstək üçün çalışmalıdır”.

Millət vəkili Qənirə Paşayeva dünyanın 36 ölkəsindən gəlmiş qadınlara üz tutaraq mən sizə məcburi köçkün qadınların çağırışlarını çatdırmaq istəyir və onların səslərinə səs verməyə çağırıram. Onlar sizi bu məsələdə duyarlı olmağa çağırır deyib. “Dünyanın harasında yaşamasından asılı olmayaraq bütün fəal qadınlar bu vəziyyətə laqeyd qalmamalı, öz etiraz səsini ucaltmalı və azəbaycanlı məcburi köçkün qadınların haqlarının müdafiəsi, onların öz evlərinə dönə bilməsi istiqamətində səylərini artırmalıdırlar. Mən sizi buna çağırıram. Əgər dünyanın daha gözəl, daha mutlu və huzurlu olmasını istəyiriksə hansı dövlət, kim törəfindən hansı dövlətə və ya kimlərə qarşı törədilməsindən asılı olmayaraq biz bu kimi hallara göz yummamalı, 2-li standartlara yol verməmli və onun qarşısının alınması üçün səylərimizi birləşdirməliyik.

Mən ümid edirəm ki, siz həm öz ölkənizdə, həm də bütün beynəlxalq platformalarda Azərbaycanlı köçkün qadınları unutmayacaq və onların pozulan hüquqlarının bərpası istiqamətində öz səylərinizi artırmağa çalışacaqsınız. Dünyanın daha yaxşı gələcəyi üçün biz məhz bu cür yanaşma ortaya qoymalıyıq” Millət vəkili Qənirə Paşayevanın çıxışı beynəlxalq simpozium iştirakçıları tərəfndən yüksək səviyyədə dəstəklənib. O, beynəlxalq simpozium çərçivəsindən müxtəlif ölkələrdən gəlmiş nümayəndə heyətləri ilə daha geniş görüşlər keçirərək onlara Qarabağ həqiqətləri, Xocalı Soyqırımı, Şuşa ilə bağlı daha geniş məlumatlar, materiallar vermiş və müzakirələr aparmışdır və onları “Şuşaya azadlıq!”, “ Xocalıya ədalət kompaniyasına” qoşulmağa dəvət edib.

                                            

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı