Modern.az

Şamaxının deputatı müharibə veteranlarını təbrik etdi

Şamaxının deputatı müharibə veteranlarını təbrik etdi

Təhsil

9 May 2014, 17:39
Mayın 9-da Şamaxının millət vəkili Elxan Süleymanov əvvəlki illərdə olduğu kimi, Şamaxı rayonunda yaşayan İkinci Dünya müharibəsinin veteranları ilə görüşüb. Əvvəlcə millət vəkili ev şəraitində müalicə olunan müharibə veteranı Şahalı Hacıyevi ziyarət edib, onun ailə üzvləri ilə görüşüb. E.Süleymanov xəstəyə tezliklə sağalmasını arzulayıb və hədiyyə təqdim edib.

Daha sonra isə millət vəkili Şamaxı şəhərindəki qərargahında müharibə veteranları – Mirağa Əhlimanov, Qədir Qədirov, Ağaməsim Mütəllimov, Xanhüseyn Məmmədov, Eyni Qəribov, Dədəxan Niftalıyev, Qiyasəddin Babayevlə görüşüb. Şamaxının millət vəkili faşizm üzərində qələbənin əhəmiyyətindən, bu qələbənin əldə olunmasında azərbaycanlıların, o cümlədən də şamaxılıların böyük əməyi olduğunu qeyd edib, müharibə veteranlarının daim diqqət və qayğı ilə əhatə olunmalarının vacibliyini vurğulayıb. Görüşdə hazırda Şamaxıda 25 veteranın yaşadığı bildirilib.

Görüşdən sonra müharibə iştiurakçılarına hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.



Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı