Mayın 10-da Danimarkanın paytaxtı Kopenhagendə keçirilən “Eurovision -2014” mahnı müsabiqəsinin final şousu keçiriləcək. Ötən gün müsabiqənin II yarımfinal şousunun qalibləri müəyyən edildikdən sonra daxili püşkatma keçirilib.
Modern.az xəbər verir ki, final şousunda ölkə təmsilçilərinin səhnəyə çıxma ardıcıllığı müəyyən edilib. Belə ki, Azərbaycanı “Start a fire” mahnısı ilə təmsil edən Dilarə Kazımova səhnəyə 3-cü nömrə altında çıxacaq. Yarışmaya Ukrayna təmsilçisinin ifası ilə start veriləcək. Son olaraq isə səhnəyə Böyük Britaniya təmsilçisi çıxacaq.
Tamaşaçılar ölkə təmsilçilərini aşağıdakı ardıcıllıqla izləyəcəklər:
Ukrayna
Belarus
Azərbaycan
İslandiya
Norveç
Rumınya
Ermənistan
Monteneqro
Polşa
Yunanıstan
Avstriya
Almaniya
İsveç
Fransa
Rusiya
Italiya
Sloveniya
Finlandiya
İspaniya
İsveçrə
Macarıstan
Malta
Danimarka
Niderland
San Marino
Böyük Britaniya
Modern.az