Modern.az

Milli Şura Kəmalə Bənənyarlı ilə bağlı bəyanat verdi

Milli Şura Kəmalə Bənənyarlı ilə bağlı bəyanat verdi

Təhsil

10 May 2014, 10:13



Modern.az
-ın məlumatına görə, Milli Şura AXCP fəalı Kəmalə Bənənyarlının həbsinə və fiziki təzyiqlərə məruz qalmasına etiraz əlaməti olaraq bəyanat verib.
 NİDA vətəndaş hərəkatının 8 nəfər gənc üzvünə qarsı çıxarılan məhkəmə hökmünə dinc şəraitdə etiraz etmək və gənclərə öz dəstəyini ifadə etmək üçün Bakı Ağır Cinayətlər Məhkəməsi qarşısına toplaşan ictimai-siyasi fəallara, valideynlərə və jurnalistlərə qarşı polis zorakılığının qurbanları arasında Kəmalə Bənənyarlı da olub.
Həmin yerdə həbs edilən K.Bənənyarlıya 30 sutka inzibatı həbs cəzası verilib.

Milli Şura bildirib ki, Azərbaycan öz müstəqilliyini bərpa etdiyi dövrdən sonrakı 23 il ərzində heç bir qadına 30 sutka inzibatı həbs cəzası tətbiq edilməyib.
Qeyd edilib ki, saxlandığı  Nəsimi rayon Polis İdarəsində Kəmalə Bənənyarlıya dəhşətli işgəncələr verilib və vəhşicəsinə döyülüb. Kəmalə Bənənyarlının Nəsimi rayon Məhkəməsində vəkillə təmin olunması da əngəllənib və məqsədli şəkildə onunla ünsiyyət imkanının qarşısı alınıb.

Milli Şura rəsmən dələduzluq cinayəti törətməkdə suçlanan və  vurduğu bir milyon dollar dəyərində maddi ziyanı ödəməyən Gülər Əhmədovanın qadın və ana olması faktını əsas gətirərək onu azadlığa buraxan hakimiyyətin Kəmalə Bənənyarlıya qarşı sərt münasibətinə etiraz edib.

Modern.az    
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı