Gürcüstan Azərbaycanlı Tələbələr Assosiyasiyası (GATA) mayın 9-da Gürcüstanın Xarici İşlər Nazirliyinin qarşısında ermənilərin Şuşanı işğal etmələrinin ildönümü münasibəti ilə düzənlədikləri konsertə qarşı etiraz aksiyası keçirib.
GATA-dan Modern.az-a bildiriblər ki, etiraz akçiasında “Azərbaycan və Gürcüstan birdir!”, “Qarabağa uzanan əllər məhv olsun!”, “Təxribata yox deyək!” və digər şüarlar səsləndirilib.

